Tədbirdə TAİB-in idarə heyətinin üzvləri,gənclər təşkilatının təmsilçiləri və Avropadakı aparıcı diaspor təşkilatlarımızın rəhbərləri- Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru, “Niderland-Azərbaycan Evi” təşkilatının sədri Elxan Mirhəşimli,Niderlandda fəaliyyət göstərən Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri, “Haber” qəzetinin müxbiri və Life24 TV-də yayımlanan “Can Azərbaycan” proqramının müəllifi və aparıcısı Kəmalə Cəlilova,İsveç Azərbaycanlıları Birliyinin (SAF) sədri, İsveçin Stokholm şəhərində fəaliyyət göstərən “Qarabağ” məktəbinin rəhbəri Sevda Dadaşova iştirak ediblər.Çıxış edənlər AŞPA-nın Azərbaycana qarşı qərəzli siyasətini pisləyib və nümayəndə heyətimizin əməkdaşlığı müvəqqəti dayandırmaqla bağlı qərarını dəstəklədiklərini bildiriblər.
AzVision.az